Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

Belorus rəsmilərinə səyahət qadağasının müddəti uzadıldı


27 Avropa Birliyi ölkəsinin xarici işlər nazirləri oktyabrın 25-də Lüksemburqda görüşündə Belorusun yüksək səviyyəli rəsmilərinin Birlik ölkələrinə səfərlərinə qadağanın müddətini uzadıb. Amma dalınca da başqa bir qərarla həmin qadağanın 2011-ci il oktyabrın 31-ə qədər dondurub.

Avropa Birliyi 2006-cı ildə prezident seçkisindən sonra dövlət başçısı Aleksandr Lukaşenko da daxil olmaqla onlar Belorus rəsmisinin Birlik ölkələrinə səfərlərinə qadağa qoymuşdu. Keçən il isə Belorusun islahatlara həvəsləndirilməsi üçün bu qadağaları dondumuşdu.

Oktyabrın 25-də xarici işlər nazirlərinin toplantısında isə Minsk dekabrın 19-a nəzərdə tutulan prezident seçkisinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin etməyə çağırılıb. Nazirlər seçki qanunverciliyinin təkmilləşdirilməsi və media azadlığının təmin edilməsi yönündə problemlərdən narahat olduqlarını da bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG