Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40
Sankt-Peterburqda Rusiyanın ən böyük şirkəti olan - “Qazprom”un özünə göydələn-ofis tikmək planlarına etiraz edənlərin arasında 53 yaşlı rokçu İqor Şevçuk da vardı.

O “Rodina” mahnısını oxuyurdu.

Bu həmin mahnıdır ki, SSRİ-nin dağıldığı zaman – demokratiyaya keçid dövründə də kütlələrin mahnısı idi.

Şevçukun hələ sovet dövründən özünün etirazçı mahnıları ilə məşhur olan DDT qrupu indi də ictimai hərəkatlarda öndə gedir.

Bir müddət əvvəl Şevçuk böyük rok konserti zamanı rüşvətxor məmurları it adlandırmışdı.

O hətta mayda televiziya ilə nümayiş etdirilən xeyriyyə tədbirlərinin birində baş nazir Putini çətin vəziyyətə salmışdı, ona polisin dinc sakinlərə qarşı zorakılıq etməsi ilə bağlı sual vermişdi.

Bütün bunlar Şevçuk haqqında müxalifətçi imici yaradıb.

Rok sovet dövründə ölkədəki problemlərə etirazın ifadə edildiyi janr olub. Bu tendensiya yenidən ayrı-ayrı rokçuların ifasında müşahidə olunmağa başlayıb.

Amma Rusiyadakı avtoritar rejimə münasibətdə heç də bütün musiqiçilər bu mövqedə deyil. Onların bir çoxu hakimiyyət düşərgəsinə yaxınlığı ilə seçilir.

Bu günlərdə Rusiya prezidenti, gəncliyindən roku çox sevdiyini etiraf etmiş Dmitri Medvedev ölkənin tanınmış musiqiçiləri ilə görüşmüşdü.

Həmin görüş çox dəbdəbəli təşkil edilmişdi: musiqi, pivə və yüngülvari siyasi söhbətlər...


Şevçukun müasirlərinin bəziləri – sovet dövründən tanınan etirazçı rokçular, məsələn, “Maşina vremeni” qrupundan Andrey Makareviç, “Akvarium” qrupundan Boris Qrebenşikov da həmin görüşdə iştirak ediblər.

“Akvarium” qrupu SSRİ dövründə

“Qatarda yanğın” kimi antisovet mahnıları ilə məşğul idi

Amma Qrebenşikovun Medvedevlə görüşdə “Qazprom”un göydələni məsələsini xala xətrin qalmasın qaldırması hiss edilib.

Şevçuk
Musiqi tənqidçisi Sergey Çernov deyir ki, rəhbərlə belə görüşlər yeni bir şey deyil.

Onun sözlərinə görə, sovet dövrünün etiraz ruhlu musiqiçilərinin indi hökumətə yarınmasını görmək çox məyusedicidir.

“Hökumətlə yaxın olmaq onlar üçün səsyazma studiyaları ilə əlverişli müqavilələr bağlamaq, dövlət televiziya və radiolarında reklam olunmmaq imkanıdır.

Öz növbəsində hökumət onlardan özünü təbliğ etmək üçün istifadə edir.

İndi isə Rusiyada prezident seçkiləri gəlir. 2012-ci ildə Rusiya rəhbərliyi hakimiyyətdə qalmağa cəhd edəcək. Bundan ötrü ona ziyalıların dəstəyi də lazımdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG