Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:47
Britaniyann eks-baş naziri Toni Bleyerin baldızı İslamı qəbul edib. 43 yaşlı iki uşaq anası Lauren Booth özü Daily Mail qəzetinə bildirib ki, İranda, Qum şəhərində islam haqqında öyrəndikərindən, yaşadıqlarından sonra belə qərar verib.

Lauren Botth jurnalist v insan haqları fəalı kimi fəaliyyət göstərir. Mail on Sunday qəzeti üçün Qəzzadan reportajları, İranın ingilis dilli Press-TV kanalı üçün çalışması və öz bacısının əri olan Toni Bleyeri İraqa müdaxilə və İsrailpərəst mövqeyinə görə tənqid etməsiylə tanınıb.

Booth Fransada 6 il yaşayandan sonra həyat yoldaşından boşanıb və iki qızıyla birgə Britaniyaya qayıdıb. 2009-cu ildə ağır motosikl qəzası keçirib.
Daily Mail qəzetindəkı yazısında Lauren Booth yazır ki, İranda, Qum şəhərində birdən birə özündə ruhən enerji axını hiss elyib və islamı qəbul edib.

Laurenin bacısı Cherie Bleyer katolikdir. Hətta əri Toni Bleyeri də 2007-ci ildə protestantliqdan döndərib katolik eləmişdi.

Daily Mail müsəlman forumlarından Lauren Boothun islamı qəbul etməsiylə bağlı sitatlar gətirir. Şərhlərdən birində yazırlar ki, “İndi müharibə canisinin günahlardan təmizlənmiş bir bacısı var. Allah onu qorusun”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG