Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

Avropa Birliyi Yunanıstan-Türkiyə sərhədinə xüsusi qüvvələr yığır


Yunanıstanda əsasən Afirka ölkələri və Əfqanıstandan olan köçkünlərlə bağlı problemlərin həlli üçün Avropa Birliyi Yunanıstana sərhəd rəsmiləri göndərir. Köçkünlərin çoxu qanunsuz olaraq Türkiyə ərazisindən Avropa Birliyi ölkəsi Yunanıstana keçməyə çalışırlar.

Avropa Komissiyasının yaydığı rəsmi məlumatda deyilir ki, Yunanıstanın müraciəti əsasında bu ölkənin Türkiyə ilə sərhədinə Avropa Birliyinin sərhəd xidməti agentliyinin təcili əməliyyat qüvvələri yerləşdirilir. Bu qüvvələr 2007-ci ildə yaradılıb və ilk dəfədir ki, bir ölkənin xahişi ilə onlar sərhədə cəlb edilirlər.

Avropa Birliyi rəsmiləri bildirirlər ki, Yunanıstan onlara müraciət edərək bildirib ki, Türkiyədən keçmək istəyən qaçqınların sayı qəfil artdığından bu ölkə təkbaşına problemi həll edə bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG