Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Alimdən nazirə xəbərdarlıq


Maliyyə naziri 125 milyard dollarlqı ixtisar planı ilə hökumətin və özünün siyasi taleyini risq altında qoya bilər

Maliyyə naziri 125 milyard dollarlqı ixtisar planı ilə hökumətin və özünün siyasi taleyini risq altında qoya bilər

“Britaniyanın maliyyə naziri Corc Osborn ölkə iqtisadiyyatını lazım olmayan risk altına qoyur”.
Bunu iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatını alan Kristofer Pissaridis deyib.

Əslən Kiprdən olan britaniyalı alimin fikrincə, “Osborn Yunanıstansayağı borc böhranından qorxur. Ancaq nazir böhran qorxusunu şişirdir.”

Osborn keçən həftə hökumət planını açıqladı. Həmin plan büdcə təşkilatlarında yarım milyon nəfərlik ixtisarı nəzərdə tutur.

Osborn planı belə əsaslandırır ki, 5 il ərzində büdcə xərclərinin 81 milyard funt sterlinq məbləğində ixtisarı Britaniyanı Yunanıstansayağı böhrandan xilas edəcək.

Pisaridis isə deyib ki, “onsuz da işsizlik yuxarıdır, boş iş yerləri isə azdır. Nazirin borc böhranından belə qorxusu əsaslı deyil.
Atılan addımlar Britaniyanın böhrandan çıxa bilməsini risk altında qoya bilər.”

Həftəsonu Britaniyada keçirilən sorğulara görə, əhalinin 45 faizi hökumət planını ədalətsiz, 42 faiz isə ədalətli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG