Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:27

Tətilin hər günü Fransaya 200-400 milyon avroya başa gəlir


Fransanın iqtisadiyyat naziri bildirib iki həftədir ölkəni bürüyən kütləvi tətillər iqtisadiyyata hər gün 200 milyondan 400 milyon avroya qədər ziyan vurur.

İqtisadiyyat naziri yerli televiziyaya verdiyi müsahibəsində həmçinin bildirib ki, küçədə polislə toqquşmalardan verilən kadrlar bütün dünyada Fransanın imicinə pis təsir edir.

Fransada hökümətin pensiyaya çıxma yaşının 60-dan 62-ə qaldırılması planları ölkə boyu kütləvi etiraz aksiyalarına, tətillərə səbəb olub. Aksiya iştirakçılarının neftayırma zavodlarının işini də iflic etdiyindən Fransada kəskin yanacaq böhranı yaranıb.

Fransa parlamentinin hökumətin həmin pensiya islahatı qanunun bu həftə müzakirə edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG