Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:53

ATƏT-in Bakı ofisi məhkəmələrin monitorinqi ilə bağlı hesabat yayıb


ATƏT-in Bakı ofisi Azərbaycanda 2009-cu il üzrə məhkəmələrin monitorinqi ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, ədalət mühakiməsi standartları baxımından məhkəmələrin fəaliyyətində nöqsanlar aşkar olunub.

Bura təqsirləndirilən şəxslərə vaxtında və tam şəkildə hüquqarı izah olunmaması, işgəncə və pis rəftarla bağlı təqsirləndirilən şəxslərin iddialarının araşdırılmaması, müstəqil və qərəzsiz məhkəmə hüququ, təqsirsilik prezumpsiyası ilə bağlı problemlərin olması daxildir.

Hesabatda bildirilir ki, məhkəmələr təqsirləndirilən şəxslərin və müdafiəçilərin vəsatətlərini təmin etmədən qəbulolunmaz sübutları qəbul etməkdə davam edir.

ATƏT-in Bakı ofisi Azərbaycanda ədalət mühakiməsi standartlarının pozuntularını aradan qaldırmaq üçün mümkün islahatlarla bağlı ümumi tövsiyələrini də verib.

XS
SM
MD
LG