Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

Kərbəla ziyarətinə getmiş zəvvarlar Azərbaycana qayıdıb


İraqa Kərbəla ziyarətinə getmiş bir qrup azərbaycanlı zəvvar oktyabrın 25-də gecə Azərbaycana qayıdıb.

Zəvvar qrupunun rəhbəri İntiqam Rüstəmov oktyabrın 13-də İran-İraq sərhədində minaya düşərək ölmüşdü, daha 4 azərbaycanlı isə yaralanmışdı.

İntiqam Rüstəmovun cəsədi bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsinə gətirilərək dəfn edilib. Yaralılar isə bir müddət İranda müalicə aldıqdan sonra 3 gün əvvəl Azərbaycana dönüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG