Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:11

Ağdamda ATƏT-in monitorinqi keçiriləcək


Oktyabrın 26-da Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında ATƏT-in növbəti monitorinqi keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

Qarşı tərəfdən monitorinqdə səhra köməkçiləri Antal Şedriç və Jaslan Nurtazin iştirak edəcək.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

XS
SM
MD
LG