Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50
1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin 6-cı mərtəbəsindəki təcridxanasından qaçırılan Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev bir neçə müddət Xırdalanda, daha sonra Maştağa, Buzovna və Məhəmmədli kəndində qalıb. Bundan başqa, o, Şəki və daha bir neçə rayonda da olub. Deyir axtarışda olsa da, iki dəfə postdan keçəndə polislər onu tanısa da həbs etməyiblər. Hətta onun həmin ərazidən tez uzaqlaşmasına şərait yaradıblar. Rəhim Qazıyev 1992-ci il martın 17-dən 1993-cü il fevralın 20-dək Azərbaycanın müdafiə naziri olub. O, özü istefa verib.

Sonra o vəzifə səhlənkarlığı, qeyri-qanuni silah-sursat saxlama və külli miqdarda dövlət əmlakını talama maddəsi ilə ittiham olunaraq həbs edilib.

“ÖLÜM HÖKMÜNÜ TELEVİZİYADAN EŞİTDİM”

1995-ci ilin mayına qədər müxtəlif yerdəyişmələrlə həbsdən qaçan Rəhim Qazıyev mayın 12-də çətin vəziyyətə düşüb. Belə ki, həmin gün Ali Məhkəmə onun haqqında qiyabi ölüm hökmü çıxarıb. Bu hökmü Xırdalanda gizləndiyi evdə televiziyadan eşidən sabiq müdafiə naziri bundan sonra Azərbaycanda yaşamağın çox çətin olacağını bilib və ölkəni tərk etmək qərarına gəlib.

“O gündən sonra mən kiminsə evinə getmək fikrindən tam daşındım. Çünki Heydər Əliyevin hakimiyyətdə olduğu həmin dövrdə ölüm hökmünə məhkum edilmiş adamı evində saxlayana hansı problem yaradılacağını dərk elədim”. (Rəhim Qazıyev evlərində qaldığı bir çox adamların adlarını hələ də çəkmək istəmir hesab edir ki, bu hadisələrdən çox vaxt ötsə də həmin ailələrə yenə də hansısa problem yaradıla bilər)

“DAĞLIQ, MEŞƏLİK, ÇOX DƏHŞƏTLİ CIĞIRLARLA GETDİK ÇIXDIQ DAĞISTANA...”

Rusiya Federasiyasına keçmək üçün o, mayın 25-də iki nəfərlə Xırdalanda qaldığı evdən birbaşa Qusar rayonuna yola düşüb. Rayonun Hil kəndində onu Dağıstana keçirəcək Zeynəddin Çələbovla görüşüb.

“Həmin ailədə məni-haqqında ölüm hökmü çıxarılan, alnına ölüm damğası vurulan bir adamı nazir kimi qarşıladılar”.

İki gecə Hil kəndində qalandan sonra Rəhim Qazıyev atla dağ yolu ilə üzü Rusiya sərhədinə doğru getməyə başlayıb. Dediyinə görə, bir gündə dağlarda çobanların yanında gecələyib.

Səhəri gün isə tezdən üç atlının müşayiəti altında yoluna davam edib.

“Dağlıq, meşəlik 70 kilometr yolu, çox dəhşətli cığırlarla getdik çıxdıq Dağıstana”.

PAVEL QRAÇAOV RƏHİM QAZIYEVƏ VERTOLYOTU NİYƏ GÖNDƏRİB?

Sabiq müdafiə nazirini müşayiət edənlərdən iki nəfəri geri dönəndən sonra sərhədi keçən kimi Rəhim Qazıyevlə Qusar rayon sakini Zeynəddin Çələbovu Rusiya sərhədçiləri saxlayıb Dərbəndə aparıblar.

Onlara bildirilib ki, qısa bir müddətdən sonra Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verəcəklər. Rəhim Qazıyevin dediyinə görə, belə olan halda o, Rusiyanın həmin vaxtkı müdafiə naziri Pavel Qraçova zəng edib kömək istəyib.

- Azərbaycanın hakimiyyəti maya qoyub gəlincə mənim Rusiyada bir dostum var idi ona zəng elədim və onun köməyi ilə məni buraxdılar.
-Kim idi o Rusiyadan olan dostunuz?
-Dostum həmin dövrdə Rusiyanın müdafiə naziri Pavel Qraçov idi.
Mahaçkaladan biz getdik vertolyotla Minvoda, ordan da gəldik Kislovodskiyə...
Rəhim bəy, vertolyot hardan idi, onu sizə kim vermişdi, yoxsa adamlarla birgə minmişdiz?
-Vertolyot, ancaq mənə görə gəlmişdi, onu Qraçov göndərmişdi.
Dörd gün Kislovodskidə qalandan sonra onu müşayiət edən Qusar sakini Zeynəddin Çələbovu Azərbaycana yola salan Rəhim Qazıyev özü Moskvaya gedib.

Sabiq müdafiə nazirini dağ yolları ilə Rusiyaya keçirən Zeynəddin Çələbov bütün baş verənləri təsdiqləyir.

RƏHİM QAZIYEV RUSİYADA HARDA VƏ NECƏ HƏBS EDİLİB?

Rəhim Qazıyev deyir həbs edilib Bakıya gətirilənə qədər Rusiya müdafiə naziri və digər yüksək çinli məmurların heç biri ilə görüşməyib. Dediyinə görə, həmin müddətdə Moskvada yaşayan bacısıgilin köməkliyi ilə tapdığı bir otaqlı evdə kirayədə qalıb. O, bu evdə 1996-cı il aprelin 14-nə qədər qalıb. Dediyinə görə, ən çox etibar elədiyi bir nəfər Azərbaycandan gələn xüsusi xidmət orqanlarının əməkdaşlarına onu qaldığı yeri nişan verib və aprelin 14-də səhər tezdən kirayə qaldığı evdə həbs olunub. Bir gün sonra isə Azərbaycana gətirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG