Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

Bilgəhdə ölümlə nəticələn yol qəzası baş verib


Bu gün saat 15:00 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in Dövlət Yol Polis İdarəsinə istinadla verdiyi məlumata görə, 10 CE 124 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil 10 BC 259 dövlət nömrə nişanlı “Nissan” markalı maşınla toqquşub.

Nəticədə “Jiquli”nin sürücüsü hadisə yerində keçinib.

Maşınlarda olan 4 nəfər isə ağır yaralanıblar.
Qəzanın səbəbləri araşdırılır.
XS
SM
MD
LG