Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:13

Afina kəskin iqtisadi tədbirlər görməyəcəyini deyir


Yunanıstanın baş naziri Qiorqios Papandreu bildirib ki, nəyin baş verməsindən aslı olmayaraq dövlət qulluqçularının maaşı ixtisar edilməyəcək və vergilər qaldırılmayacaq.

Bu yaxınlarda Yunanıstanda baş vermiş dərin maliyyə böhranına görə hökumətin kəskin iqtisadi tədbirlər görməsi ölkədə ciddi narazılığa, hökumətin nüfuzunun düşməsinə səbəb olub.

Baş nazir ölkənin nüfuzlu qəzetlərindən birinə müsahibəsində yunan xalqının ağır qurban verdiyini etiraf edib.

Bu arada gələn həftə Yunanıstanda dövlət dəmiryol işçilərinin 4 günlük tətilə çıxacaqları gözlənilir.

Onlar dəmiryolun özəlləşdirilməsinə qarşı çıxırlar.
XS
SM
MD
LG