Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:45

Vəba epidemiyası Haitinin paytaxtına çatıb


Haitidə vəbadan ölənlərin sayı 220-ə çatıb, 300-dən çox adam isə bu xəstəliyə yoluxub.

Ölkənin şimal və mərkəzi rayonlarından baş qaldırmış epidemiya artıq ölkə paytaxtı Port-o-Prensə çatıb, şəhərdə 5 belə hal qeydə alınıb.

Qeyd edək ki, bu yaxınlarda Haitidə baş vermiş faciəvi zəlzələdən sonra evsiz qalmış insanlar ölkə paytaxtına axışıb, nəticədə şəhərdə sıxlıq yaranıb.

Zələzələ nəticəsində ölkənin infrastrukturu, ilk növbədə su təhcizatı sistemi tamamilə dağılıb.

Yanvarın 12-də baş vermiş bu zəlzələdə 220 mindən çox adam ölüb, milyon yarımdam artıq adam isə evsiz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG