Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04
Ədliyyə Nazirliyi dövlət qeydiyyatına alınmaq üçün müraciət etmiş Azad Yazarlar Ocağı ictimai birliyinin sənədlərini növbəti dəfə geri qaytarıb.

Nazirlik təşkilatı qeydə almamasını təsisçilərdən birinin - Azad Yaşarın şəxsiyyət vəsiqəsinin surətinin təqdim edilməməsi ilə əsaslandırıb.

Amma təşkilatın təsisçiləri bunu "bəhanə" hesab edirlər.

Onlar sənədləri hazırlayarkən hər şeyi diqqətlə yoxladıqlarını, "şəxsiyyət vəsiqələrinin surətlərinin dosyaya qoyulduğuna əmin olduqlarını" söyləyirlər.

Mətbuat üçün bu açıqlamanı AYO-nun mətbu orqanı olan "Alatoran" jurnalı yayıb. Bununla Azad Yazarlar Ocağının sənədləri 4-cü dəfədir ki, geri qaytarılır.

Məlumatda xatırladılır ki, "Azad Yazarlar Ocağı sırf ədəbiyyat məramlı bir təşkilatdır, yeni nəsil ədəbi qüvvələri birləşdirməkdədir".

AYO 2001-ci ili may ayının 5-də təsis edilib.

Təşkilatın sıralarında hazırda 40-dək yazar var. Onlar bir çoxu dövlət orqanalrına və büdcədən maliyyələşən Azərbaycan Yazıçılar Birliyinə tənqidi münasibətləri ilə seçilir.

Təşkilatın rotasiya üzrə hazırkı sədri, yazıçı Seymur Baycan bu yaxınlarda "Oxu zalı"na demişdi ki, onlara "dövlət tərəfindən düşməncəsinə münasibət var".

Onun fikrincə, bu, təşkilatı sevməyən bəzi insanların fəaliyyətinin nəticəsidir:

"Gedirlər, yuxarıdakıların qabağına dosyelər qoyurlar ki, bunlar ermənilərə satılıblar, bizim ziyalıları gözdən salırlar, milli dəyərlərimizi təhqir edirlər.

Haqqımızda dövlət orqanlarında yanlış təsəvvür formalaşdırıldığı üçün bizi rəsmi qeydiyyata almırlar".

Həmçinin oxu
Seymur Baycan: Biz Yazıçılar Birliyi ilə döyüşü udmuşuq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG