Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:51

BVF-da görünməmiş islahatlar gözlənilir


Dünyanın iqtisadi cəhətdən aparıcı iri ölkələrinə Beynəlxalq Valyuta Fondunda qərarların qəbul edilməsində böyük üstünlüklər veriləcək.

Məlumatlara görə, Avropa ölkələri fondun direktorlar şurasındakı iki yerdən Çin və Hindistan kimi ölkələrin xeyirinə imtina edəcəklər.

Hələlik razılaşmanın detalları barədə ətraflı məlumat verilməyib.

Belə bir razılaşma “ Böyük iyrmilər” ölkələri maliyyə nazirlərinin Cənubi Koreyada keçirilən görüşündə əldə olunub.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominik Stross-Xan bunun fondun idarə sistemində indiyədək ən böyük islahat olduğunu deyir.

Cənubi Koreyada “Böyük iyrmilər” ölkələrinin sammiti keçiriləcək.
XS
SM
MD
LG