Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:18

Əfqanıstanda BMT-nin missiyasına hücum edilib


Əfqanıstanın qərbində yerləşən Herat əyalətində BMT-nin missiyasının binasına hücum edilib.

Məlumatlara görə, əvvəlcə intiharçı minalanmış maşını missiyanın yerləşdiyi kompleksin qapısı ağzında partladıb, bundan sonra isə yaraqlılar işəri soxulublar.

Koalisiya və Əfqanıstan əsgərləri kompleksi mühasirəyə alıblar.

Şahidlər həmçinin hadisə yerində bir neçə partlayış törədildiyini deyirlər.

Hələlik ətraflı məlumat verilməyib.
XS
SM
MD
LG