Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Eynulla Fətullayev Ombudsmanı görüşə dəvət edib


Eynulla Fətullayev
Eynulla Fətullayev
Həbsdəki jurnalist Eynulla Fətullayev Ombudsman Elmira Süleymanovaya müraciət edib. Müraciətdə xahiş olunur ki, ombudsman onunla şəxsən görüşsün. Qeyd olunur ki, əvvəllər E. Fətullayevlə görüşən E. Süleymanova ancaq Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra ona kömək edəcəyini deyib.

«Hüquqlarım total şəkildə pozulur, Azərbaycan hökuməti usanmadan və utanmadan bir Azərbaycan jurnalistini həbsxanada bitirmək istəyir. Avropa Məhkəməsinin qərarlarının icra olunması tələbi ilə mən 19 oktyabrdan müddətsiz aclıq aksiyasına başlamışam. Sizdən yenə də heç bir xəbər yoxdur. Ancaq mən Sizi bu dəfə də qabaqlayıb Bakı İstintaq Təcridxanasına görüşə dəvət edirəm. Artıq «Jurnalistə azadlıq!» tələbinin səslənməsinə heç bir maneə yoxdur və mən Sizi zindanda səbirsizliklə gözləyirəm», - deyə E. Fətullayevin müraciətində qeyd olunur.

Bu müraciətdən əvvəl - oktyabrın 22-də Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanılan Eynulla Fətullayevlə görüşüblər.

Aksiya Müsavat Partiyasının qərargahında davam edir
«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev oktyabrın 19-dan müddətsiz aclıq aksiyasına başlayıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra olunmasını tələb edir. Məhkəmənin qərarına əsasən, Eynulla Fətullayev azad olunmalı və ona 27 822 avro təzminat ödənməlidir.

Bir neçə gündür jurnalist həmkarları da E. Fətullayevə dəstək olaraq aclıq aksiyası keçirir.

Oktyabrın 23-də aksiyaya Seymur Baycan, Rövşən Hacıyev və Samir Kazımlı qoşulub. Bundan əvvəl aclıq edən 3 nəfər isə aksiyanı dayandırıb.

Bu barədə AzadlıqRadiosuna aclıq edənlərdən Şahvələd Çobanoğlu məlumat verib:

«Aksiya yeri dar idi və qəzetlərin də işini axsatmamaq üçün qərara gəldik ki, biz dayandıraq, o biri 3 nəfər aksiyaya qoşulsun».

Aksiya Müsavat Partiyasının qərargahında davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG