Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:43

"AXCP-Müsavat"-ın namizədinin şikayətinə baxılıb


Oktyabrın 22-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə “AXCP-Müsavat” seçki blokunun 86 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürən Dünyaxanım Cərullayevanın MSK-ya qarşı şikayətinə baxıb. Müşavirədən qayıdan hakimlər qərarın oktyabrın 25-də səslənəcəyini bildiriblər.

86 saylı DSK Dünyaxanım Cərullayevanın təqdim etdiyi imzaların saxta olduğunu əsas gətirərək, onun namizədliyinin qeydə alınmasından imtina edib. Mərkəzi Seçki Komissiyası DSK-nın imtina haqda qərarını qüvvədə saxlayıb. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Dünyaxanım Cərullayeva MSK-nın qərarının qüvvədə saxlanacağı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG