Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Türkiyənin Qərbdə yeri var?


«Ekonomist» dərgisi yazır ki, «Yaxın Şərqdə, Rusiyada, Avropanın və Asiyanın yanında strateji mövqeyi göstərir ki, Türkiyə həmişə əhəmiyyətli ölkə olub. Keçmiş onilliklər boyunca onun əhəmiyyəti artıb.

Müharibədən sonrakı illər Türkiyə iqtisadiyyatı üçün inflyasiya, periodik bank işləri, qarma-qarışıq inkişafla yadda qalıbsa, indi inflyasiya aşağı həddədir, banklar möhkəmlənib və Türkiyə zəngin ölkələrin bir araya gəldiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı klubunun üzvüdür.

Türkiyə mebel, avtomobillər, sement (bu sahədə dünyanın ən böyük eksportçusudur), ayaqqabı, televiziya və DVD pleyerlər istehsalçısıdır. Bu mənada Türkiyəni Avropanın BRHÇ-i (Dünyanın yeni inkişaf etmiş ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin) və ya Avropanın Çini adlandırmaq olar.

TÜRKİYƏ – REGİONUN BRAZİLİYASI


NATO-da hərbçilərinin sayına görə yalnız Amerikadan sonra ikinci olan Türkiyə həmişə Qərbin müdafiəsində olub. Türkiyə və Norveç Sovet İttifaqı sərhədində tək NATO üzvləri idilər. Türkiyə güclü iqtisadiyyatı ilə Yaxın Şərqdə, Balkanlarda yüksək diplomatiyaya sahib olub. Bu mənada Türkiyə öz yerli diplomatiyası ilə regionun Braziliyası olub.

Siz təsəvvür edə bilərsiniz ki, Qərb dövlətləri belə iri addımlarla irəli gedəni salamlayardı. Amma əvəzində özünə inamlı olan Türkiyə bəzilərinin əsəblərinə toxunur. Avropalılar Türkiyəni Avropa Birliyinə qəbul etmək kimi məsuliyyəti öhdələrinə götürməyə ehtiyat edirlər. ABŞ da Türkiyənin macəralı xarici siyasətindən narahatdır.

TÜRKİYƏ NƏDƏ MÜHAKİMƏ OLUNUR?


Qərb tənqidçiləri Türkiyəni müsəlman fundamentalizmlə yaxınlaşmaqda tənqid etməyə meyllidir. Bu mühakimə tamamilə səhvdir. Nə qədər ki, Qərb adamları bunu etməyə inadkardırlar, Türkiyəni itirmək şansı o qədər də böyükdür.

Rəcəb Tayyip Ərdoğanın hökuməti xarici siyasətdə, əlbəttə həddən artıq Müsəlman həmrəyliyinin qurbanı olub. O, Sudanın dəhşətli prezidenti Ömər Əl Bəşirə sıcaq münasibət göstərir, halbuki o, hərbi cinayətlərdə ittiham olunur.
Braziliya ilə birlikdə İranın nüvə layihəsi ilə bağlı danışıqlar aparıb uranın zənginləşdirilməsini onun ölkəsində aparılmasına təşviq etdi. Və sonra İsraillə Qəzza bölgəsinə gedən gəmiyə hücumla bağlı arasında yaranan gərginlik... Onun vaxtilə müttəfiqi olmuş İsrailə kobud sərt hücumlarının artırması təkcə israilliləri qəzəbləndirməyib, həm də xeyli amerikalının qəzəbinə səbəb olub. Xüsusilə də Türkiyənin rəhbərlik etdiyi gəmi karvanı bu yay Qəzzanın mühasirəsini yarmaq istəyəndən sonra.

Avropalılar Türkiyənin Avropa Birliyinə mümkün üzvlüyündən narahatdırlar. Formal danışıqlar beş ildir ki, gedir. Fransa, Almaniya, Avstriya və Hollandiya Türkiyənin Avropa Birliyinə daxil olması əleyhinədir.

TÜRKİYƏNİN İRANA ÇEVRİLMƏSİ QORXUSU...


Əgər Avropa Birliyi Çini çıxdaş eləmək qərarına gəlsə, qonşuluğunda sürətlə inkişaf edən iqtisadiyyatla əlaqəni kəsmiş olacaq. Şərqə doğru əraziyə təsir etmək imkanını da itirəcək. İndiki halda avropalıların çoxu dünyada hörmətini itirməkdən narahat olduğu bir vaxtda, bu, tarixi səhv olardı.
Belə bir ümumi bəhanə var ki, Türkiyə Qərb deyil. Rəcəb Təyyub Ərdoğan bəzi faydasız addımlar atıb. Tənqidçilər qeyd edirlər ki, islam yönlü Ədalət və İnkişaf Partiyası 2002-ci ilə hakimiyyətə gələndən bəri Atatürkçü dünyəvi təşkilatlarla mübarizəyə girişib, o, fərqli mövqelərə dözümsüz olub, özünü tənqidi media şərhçiləri ilə mübarizədə göstərir. O getdikcə Avropa Birliyinə daha səbirsiz olur.
Hələ Türkiyənin növbəti İrana çevrilməsi qorxusu absurddur. Hələ ki, universitetlərdə baş yaylığı tələbi yoxdur, qadın ərinə xəyanətə görə «çarmıxa» çəkilmir. Qısaca, Türkiyənin idarəçiliyi düzgün istiqamətdədir. O, müsəlman dünyasında hüquqi normaları, parlaq demokratiyası, azad bazar iqtisadiyyatı ilə nümunədir.

ŞƏRT DALINCA ŞƏRT...


Qərb liderləri mübahisəni Türkiyə üzərinə yönəltmək istədiyi bir vaxtda, onlar üçün real sual meydana çıxır. Amerikalılar və avropalılar Türkiyəni olduğu kimi qəbul etməyə hazırdırlarmı - yəni fərqli mədəniyyət, diplomatik vəziyyət, ancaq iqtisadi və siyasi liberalizmə sadiq qalan bir müsəlman demokratiyasını? Qəzet ümid edir ki, cavab «hə»-dir».

Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Fransa və Almaniya Türkiyəni Avropa ailəsində görməyə razı olsa, tezliklə, qonşu ölkəni Avropa Birliyinin üzvü görmək olar, amma bu, razılıq, yaxın perspektivdə görünmür:

- Türkiyənin qarşısında şərtlər qoyurlar, o da bu şərtlərə pis-yaxşı əməl etməyə çalışır. Amma Türkiyə bu şərtləri yerinə yetirdikcə arxacınca yeni şərtlər gəlir.
Ona görə də bu tezliklə Türkiyənin Avropa Birliyinin üzvü olacağına inanmıram.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG