Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Azərbaycanda ombudsmanın maaşı artırılıb.



Milli Məclisin oktyabrın 22-də keçirilən iclasında “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna bununla bağlı dəyişiklik edilib. Azərbaycanda ombudsmanın maaşı 1320 manatdan 1800 manata qaldırılıb.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, ombudsmanın maaşının artırılması təşəbbüsü prezident İlham Əliyevdən gəlib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili - ombudsmanı 2002-ci ilin iyulundan Elmira Süleymanovadır. O, 2010-ci ildə bu posta təkrar seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG