Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12
Müsavat deputat qrupu Avropa İnsan Haqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevlə bağlı qərarının icra olunması üçün prezidentə müraciət edib.

Deputat Pənah Hüseyn AzadlıqRadiosuna deyib ki, Müsavat deputat qrupu məsələni müzakirə edib və problemin həlli üçün prezidentin müdaxiləsini zəruri sayıb:

«Azərbaycan konstitusiyasına görə vətəndaşların hüquqlarının, o cümlədən azadlıq hüququnun təminatçısı respublikanın prezidentidir. Ona görə də mən respublika prezidenti, cənab İlham Əliyevə müraciət etdim ki, hazırda jurnalist Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qüvvəyə minmiş qərarının icrası məsələsinə şəxsən müdaxilə etsin. Bu işi şəxsən nəzarətə götürsün, problemin həlli üçün addımlar atsın. Hazırda bu məsələ ilə bağlı aclıq edən bir qrup jurnalist və Eynulla Fətullayevin özü də aksiyanı dayandırsınlar. Ümid edirik ki, prezident İlham Əliyev bu istiqamətdə lazım olan addımları atacaq».

Pənah Hüseynin sözlərinə görə, parlamentdə hakim partiyanın bir neçə nümayəndəsi bu məsələdə ona həmrəylik bildiriblər.

Həbsdə olan jurnalist Eynulla Fətullayev oktyabrın 19-dan müddətsiz aclığa başlayıb.

Oktyabrın 20-dən isə jurnalistlər Şahvələd Çobanoğlu (köşə yazarı), Qan Turalı (köşə yazarı) və Elçin Həsənov (“Yüksəliş naminə” qəzetinin əməkdaşı) həbsdə olan həmkarlarına dəstək üçün aclıq aksiyası edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG