Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

“Bütün valyutaları 3 yerə bölmək olar:
1) məzənnələri kəskin şəkildə aşağı salınmış valyutalar, o cümlədən Çin yuanı
2) inkişlaf etməkdə olan ölkələrin çevik iqtisadiyyatlı və çevik məzənnəli valyutaları
3) məzənnələri təxminən bərabərləşdirilmiş əsas valyutalar ( dollar, yen, avro).”

“Ona görə, dolların avroya və yenə görə gələcək enişinə zərurət yoxdur”.

Bunu Amerikanın maliyyə naziri Timoti Qaytner Wall Street Journal qəzetinə deyib.

Maliyyə naziri bildirir ki, Amerika rəqabət qabiliyyətini artırmaq üçün dolları qəsdən ucuzlaşdırmır.

Həftəsonu Cənubi Koreyada böyük “20-liyin” toplantısında “valyuta müharibəsi” adını alan problem müzakirə olunacaq.

Qaytner öz həmkarlarını inandırmağa çalışacaq ki, “ədalətli məzənnələr” müəyyən olunmalıdır.
Amerika ədalətli məzənnə deyəndə inkişaf etməkdə olan ölkələrin öz valyutalarını qəsdən ucuzlaşdırmadan əl çəkmələrini nəzərdə tutur.
Bu, ilk növbədə Çin yuanına aiddir.

Qaytner onu da deyib ki, “Çin öz yuanını 20-40 faiz bahalandırmağa hazır deyil, çünki müəssisələri müflis ola bilər.
Ancaq Çin bilsə ki, o biri inkişaf etməkdə olan ölkələr də bu yolla gedəcək, Çinə bunu etmək asan olardı.”

Maliyyə nazirinin müsahibəsindən sonra dollar bir az özünə gəlib və əsas valyutalara nisbətən qalxıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG