Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15

Azərbaycanda taxıl istehsalı azalıb




İqlim dəyişikliyi Azərbaycanda taxıl istehsalına mənfi təsir göstərib. «APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin əsas prioritet sahələri taxılçılıq və heyvandarlıqdır. Lakin iqlim dəyişkliyi taxılçılıqda müəyyən problemlər yaradıb: «Ötən il ölkədə 3 mln. ton taxıl istehsal olunub ki, bu da ölkənin daxili tələbatını tam ödəyib. Bu il ərzində isə istehsal olunan taxılın həcmi 2 mln. tona yaxındır. Həcmin azalması iqlim dəyişkiliyi ilə əlaqədardır».

Nazir müavini onu da bildirib ki, bir sünbülün üzərində 20-25 ədəd buğda dənəsi olur, iqlim dəyişkliyi ilə əlaqədar buğda dənələrinin cəmi ikisi mayalanır: «Ümumiyyətlə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişiklikliyindən böyük asılılığı var».

B.Əliyev həmçinin qeyd edib ki, hazırda Azərbaycan torpaqlarının 47,8%-i korroziyaya məruz qalıb: «Biz bu torpaq sahələrini təmizləyib dövriyyəyə gətirmək niyyətindəyik».

Bu ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 936,3 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 1,863 mln. ton taxıl məhsulu götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG