Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:49

4000-dən artıq qiymətli val məhv olmaqdan qurtulub



Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.
Arxivin direktoru Yaqub Mədətov APA-ya bildirib ki, ötən əsrin ortalarında Ümumittifaq Melodiya Səsyazma Şirkətinin Bakıda yaradılan anbarında Azərbaycana aid bütün qrammafon valları burada cəmləşərək aidiyyəti ünvanlara paylanırdı: “Uzun müddətdir ki, bu anbar fəaliyyətini dayandırıb və on minlərlə xüsusi qiymətli qrammafon valları binanın zirzəmisində saxlandığından məhv olmaq təhlükəsi qarşısında qalıb. Bu yaxınlarda arxivin əməkdaşlarının təşəbbüsü ilə həmin valların bir qismi - 4000-dən çoxu seçilərək arxivə gətirilib”.
Bu vallar arasında Azərbaycan musiqi mədəniyyətinə sanballı töhfə olan həmin qrammafon vallarının arasında Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyevin ifasında 1905-1912-ci illərdə yazılmış muğam, təsnif və xalq mahnıları, aşıq və saz havaları, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Fikrət Əmirov, Niyazi, Fikrət Əmirov və başqalarının əsərləri yazılmış vallar var”.

Y. Mədətovun sözlərinə görə, vallar rəqəmsal formata salındıqdan sonra arxivin “xüsusi qiymətli” fonduna daxil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG