Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

Deputatlar səhvən vergiazaldılması lehinə səs veriblər




“Associated Press” xəbər verir ki, Rumıniyada ərzaq məhsullarının satışından verginin artırılmasına səs verməli olan deputatlar onun azaldılmasına səs veriblər.

Nəyə səs verdiklərini anlamayan deputatlar müxalifətin təqdim etdiyi layihəyə tərəfdar çıxmaqla vergini 5 dəfə - 24%-dən 5%-ə endiriblər.

Qeyd edək ki, bu ilin iyul ayında hökumət büdcə kəsirini azaltmaq üçün ərzaq məhsullarının satışından verginin 19%-dən 24%-ə artırılmasını təklif edib. Müxalifət isə alternativ layihə təqdim edərək, vergiləri 5% artırmağı deyil, 5%-ə endirməyi məqsədəuyğun sayıb. Deputatları çaşdıran da məhz bu 5% məsələsi olub.

Rumıniyanın maliyyə naziri Georq Yalominiatu baş verən hadisəni yanlışlıq adlandırıb, hakim partiyanın nümayəndələri isə insidentə görə məsuliyyəti öz üzərlərinə götürərək üzr istəyiblər. İndi hökumət səsvermənin nəticələrini ləğv etməyə çalışır.
XS
SM
MD
LG