Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Amerika Pakistana 2 milyard dollarlıq hərbi yardım ayırır


ABŞ məmurları deyir ki, Birləşmiş Ştatlar Pakistana silahlılarla mübarizəni gücləndirmək üçün yeni hərbi yardım ayırmağa hazırlaşır. Rəsmilər deyrilər ki, 2 milyard dollar dəyərində yardımın 5 il ərzində verilməsi gözlənir.

Bu barədə Pakistanın nümayəndə heyətinin Vaşinqtondakı görüşlərinin sonunda bu gün elan ediləcək.

Pakistanın nümayəndə heyəti üç gündür ki, Vaşinqtonda yüksək səviyyədə görüşlər keçirir.

ABŞ Pakistana həm də beş il ərzində verilməsi nəzərdə tutulan 7,5 milyard dollar həcmində mülki yardımın artıq göndərilməsinə başlayıb. Amma Konqres bu yardım paketini təsdiqləməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG