Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:50

Gəncədə heyvanlar da cərrahiyə əməliyyatı olunur




Azərbaycanda ilk dəfə heyvanların üzərində cərrahiyə əməliyyatları aparmaq üçün dövlət tərəfindən klinika yaradılıb. Bu barədə Lent.az-a kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.

Gəncə şəhərində Aqrar Universitetin nəzdində yerləşən bu klinikada bütün növ heyvanların üzərində cərrahiyyə əməliyyatları aparmaq mümkündür.
Klinikanın ən müasir avadanlıqlarla təchiz olunduğunu deyən Bəhram Əliyev orada eyni zamanda baytarlar üçün praktiki dərslərin verildiyini vurğulayıb.

«Orada heyvanlara müəyyən həblər verilməklə cərrahiyə əməliyyatları aparılır. Eyni zamanda bu əməliyyatları tələbələr monitorlarda izləyə bilirlər», - nazir müavini bidirib.

Bəhram Əliyev deyib ki, hər bir şəxs evində saxladığı heyvanların üzləşdiyi problemi cərrahi yolla aradan qaldırılmasını istəyirsə, klinikaya müraciət edə bilər. Burada həmçinin heyvanların müayinəsi də aparılır.

Nazir müavini deyib ki, klinikada Moskvada təhsil almış 3 baytar həkimi çalışır. Cərrahi əməliyyatlar da bu həkimlər tərəfindən aparılır.
XS
SM
MD
LG