Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:59

"Parlament seçkilərində çətin ki ciddi irəliləyiş olsun"


Britaniyada yerləşən “Economist Intelligence Unit”in Azərbaycanla bağlı hazırladığı son hesabat.

Bu tip hesabatlarda ölkələrdəki siyasi, iqtisadi trendlər təsvir edilir, proqnozlar verilir – bunlar dünya boyu biznes və başqa qurumlar tərəfindən məlumat mənbəyi kimi istifadə edilir.


Siyasi mənzərə

Prezident İlham Əliyevin 2013-cü ildə 3-cü dəfə prezident seçiləcəyi gözlənilir.

Bu da əsasən müxalifətin zəifliyi ilə bağlıdır. Amma neft sektorundakı əsas genişlənmələrin arxada qalması səbəbindən iqtisadi artım sürətinin kəskin azalması ölkədə gəlirlərin bərabərsizliyini dərinləşdirə, hakim elitadakı bəzi gözdən düşən məmurlar bundan istifadə edə və və beləliklə sabitliyə təhlükə yarana bilər.

Amma buna baxmayaraq “Economist Intelligence Unit”in proqnozuna görə, İlham Əliyev lazım olanda güc işlətməklə 2010-14-cü illərdə siyasi səhnə üzrərində nəzarətini qoruyub saxlaya biləcək.

2009-cu ildə keçirilən referendumda İlham Əliyevin ömürlük prezident vəzifəsində qalmasına yol açan Konstitusiya dəyişiklikləri qəbul edildi.

Bu, gələcəkdə hakim elitanın içində Əliyevə rəqib olacaq qüvvələrin çıxmasının qarşısını almağa yönəlmişdi.

Azərbaycan dünyəvi ölkədir, amma Türkiyə və İrandakı qruplardan təsirlənən dini icmalar getdikcə güclənir.

Əgər dövlət məscidlərin sökülməsi və s. bu kimi məsələlərdə diqqətsiz olsa, bu, ölkədə etirazlara səbəb ola bilər.

Xüsusən də bu, əhalinin çox hissəsinin sosial-iqtisadi vəziyyətinin pisləşəcəyi halda baş verə bilər.

İqtisadi siyasət

Dövlət tikinti və infrastruktur xərclərini artırır. Mərkəzi Seçki Komissiyasının yeni binası
2010-14-cü illərdə Azərbaycan hökuməti sosial xərclər və infrastruktur layihələrinin icrası üçün Neft Fondundan böyük məbləğdə pulları dövlət büdcəsinə köçürməkdə davam edəcək.

Amma ölkədə biznes imkanları çətin olmaqda davam edəcək, bir tərəfdən qlobal maliyyə böhranı, digər tərəfdən iqtisadi artım sürətinin azalması, eləcə də geniş yayılan korrupsiya, rəsmi və qeyri-rəsmi monopoliyalar hökumətin qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatı və istehsalı inkişaf etdirmək planlarına maneçilik törədəcək.

2009-cu ildə ölkədə inflyasiya 1,5 faizə endi. Baxmayaraq ki, 2008-ci ildə 20,8 faizə qalxmışdı. İnflyasiyanın kəskin azalması dünyada yanacaq və ərzaq qiymətlərinin ucuzlaşması ilə bağlı idi.

Amma ölkədə enerji daşıyıcılarının bahalığı və hökumətin çox pul xərcləməsi qiymətlərin yenidən artımına yol aça bilər – inflyasiya 2010-cu ildə 5,1 faizə çata bilər.

Azərbaycan öz qazını dünya bazarlarına çıxarmaq imkanlarını məhdudlaşdırmaq istəmir. Bir tərəfdən Rusiya ilə müqavilə imzalayıb. Bu müqaviləyə görə Rusiyanın Azərbaycandan alacağı qazın həcmi məhdudlaşdırılmayıb.

Digər tərəfdən Azərbaycan Xəzər qazının Avropaya daşınması üçün nəzərdə tutulan və Avropa Birliyinin dəstəklədiyi NABUCCO qaz kəməri layihəsində iştirak etməyə hazır olduğunu bildirir.

Siyasi səhnə

İndi ölkədə parlament seçkiləri keçirilir. Beynəlxalq müşahidəçilər son bələdiyyə seçkilərində seçki prosedurlarının nə dərəcədə ədalətli olması, müxalifət qruplarının mediaya əlyetərliyi ilə bağlı narahatlıqlarını bildirmişdilər.

Hakim elita və partiyanın “istehkam mövqelərində” dayanmaq xüsusiyyətini nəzərə alanda qarşıdan gələn parlament seçkilərində çətin ki hər hansı ciddi irəliləyiş olsun.

Müxalifət partiyalarının 2005-cı ildə yaratdıqları blokun uzunmüddətli olmadığını nəzərə alanda AXCP və Müsavat Partiyalarının bu dəfəki seçkilərdə yaratdıqları blokun da uzun müddətli olacağı elə də gözlənilən deyil.

Amerika Azərbaycanla soyuqlaşan münasibələri normallaşdırmaq üçün cəhdlər etdi, hətta Bakıya Amerikanın dövlət katibi Hillari Klinton da gəldi. Amerika prezidenti Obama Azərbaycan prezidentini qəbul etdi.

Bu görüşdə Obama Azərbaycanda həbsdə olan iki blogger Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı məsələni qaldırdı.

Amma çətin ki Amerika demokratiyanın inkişafı məsələsində - Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycana çox təzyiq etsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG