Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:21

Vizasız Bakıya gələn xaricinin sərgüzəstləri (Birinci hissə)


Həydər Əliyev adına Hava Limanı
Həydər Əliyev adına Hava Limanı
Kiyevdəyəm, gərnəşib «Lonely Planet» saytının Azərbaycan haqda forumunda yazılanları oxuyuram. Bir azdan aeroporta gedib vəd edilən «2 saat 45 dəqiqəlik rahat uçuş»dan sonra bu ölkəyə çatacağam.

İndicə foruma kimsə yazdı ki, guya Azərbaycan sərhədində xaricilərə viza verməyəcəklər. Azərbaycan illərlə mövcud olan viza qaydalarını dəyişmək üzrədir.

Bu şayiə deyil, həqiqətdirsə, onda mənim yaxın həftələrə planlaşdırdığım Bakı səfəri alt-üst olacaq.

Axşam saat 7-dir, mən nə ukraynaca, ya rusca, nə də azərbaycanca fərli-başlı danışıram. İndi bu məlumatı haradan dəqiqləşdirim?

Aeroporta gedib hava yolları şirkətindən informasiya almağa tələsirəm. Onlara başa salıram ki, mənim Azərbaycana vizam yoxdur və Azərbaycan sərhədində viza vermirlərsə, mənim təyyarəyə minmək fikrim yoxdur (əslində, hava yolları şirkətlərinin boynuna qoyulub ki, apardıqları ölkədə sərhədi keçə bilməyən sərnişinləri təyyarəyə buraxmasınlar).

ƏMİN EDİRLƏR Kİ, VİZA ALA BİLƏCƏM

Onlar bir-neçə dəfə telefonla Bakıdakı əməkdaşları ilə danışıb məni əmin edirlər ki, Bakı aeroportunda viza alıb Azərbaycana daxil ola biləcəm.

Mən rahatlanıb biletimi qeydiyyatdan keçirirəm. Təyyarəyə miniyin başlamasını gözləyəndə diqqətimi çamadanların yapışqanlı lentlə sarınması cəlb edir. Ukraynalı sərnişinlərin öz yüklərini niyə belə bərk-bərk sarımasının səbəbi mənə qaranlıq qalır.

3 saatlıq uçuşdan və gecə saat 4-də verilən qəribə kartof «naharı»ndan sonra Heydər Əliyev aeroportunun sərnişin zalına daxil oluram.

Salonda viza pəncərəsi var, hər şeydən göründüyü kimi açıqdır.

Yazı lövhələrinə əməl edib əvvəl pasport nəzarətindən keçirəm. Pasportuma «giriş» möhürünü vurub məni göndərirlər viza bölməsinə. Deyirlər ki, burada xüsusi sənədləri doldurub vizanın pulunu vermək lazımdır.

Burada işləyənlərin mənə zillənmiş baxışları altında anketləri doldurub, 2 foto da əlavə edib sənədləri və pulu onlara uzadıram.

VİZA VERİLMƏYƏCƏK

- Təəssüflər olsun, viza verilməyəcək (söyüş).

- Niyə ki?

dil bilsəydim belə, köməyimə gəlməzdi
- Bu gündən etibarən xaricilərə aeroportda viza verilməsi dayandırılıb. Gərək Xarici İşlər Nazirliyinin razılığı və dəvətnamə olsun (ikiqat söyüş).

- Bəs bu haqda niyə məlumat verilməyib? Hava yolları şirkətində mənə dedilər ki, aeroportda viza almaq olar.

Aeroport əməkdaşının ingilis dilində danışmaq bacarığı elə bura qədər imiş.

Amma dil bilsəydim belə, köməyimə gəlməzdi. Bəxtimdən ətrafımda 10-dan artıq sərnişinə də mənim kimi viza vermirdilər. Onların arasında rus dilini bilənlər də, azərbaycanca danışanlar da var, amma başa düşdükləri elə mənimki qədər idi.

Bizim pasportlarımızı alıb baqajımızı götürməyə icazə verirlər, sonra isə aeroportun tranzit zalına yönəldirlər. Bizi burada tərk edib pasportlarımızla birgə harasa yox olurlar.

İki saat sonra aeroport əməkdaşlarından biri yenidən peyda olub təəccüblə bizə baxır, pasportlarımzı soruşur.

«İKİ YOLUNUZ VAR...»

Bir saat sonra isə bizə izah edirlər ki, iki yolumuz var: ya Azərbaycandan uçan hansısa təyyarəyə bilet alaq, ya da bizi Bakıya gətirən hava yolları şirkətinin hesabına gəldiyimiz ölkəyə deportasiya olunaq.

Mən soruşdum ki, Ukrayna məni geri necə qəbul edəcək? Axı ora olan vizam bu ölkəyə ancaq bir dəfə daxil olmağı nəzərdə tutur, yenidən geri qayıtmağıma icazə vermirdi.

Bu yerdə onların ingilis dili bacarığı yenidən tükəndi. Amma tükənən ancaq ingilis dili deyildi, rus dili də, Azərbaycan dili də... Sonra növbəti dəfə bizdən pasport istədilər.

İki saatdan sonra İstanbula təyyarə uçur və artıq məni özünə cəlb etməyə başlayıb. Aramızda iki nəfər var, DJ-dilər («Disc Jockey» – Diskotekaların aparıcıları), həmin gecə Bakıda hansısa şənliyi təşkil etmək üçün sifariş alıblar. Onlar Dubaya uçan təyyarəyə minmək qərarını verirlər. Soruşuruq ki, bu təyyarələrə necə bilet ala bilərik.

- Pasportlarınızı geri qaytarandan sonra bilet ala bilərsiz

- Yaxşı, elə isə qaytarın pasportlarımzı.

- Biletləri alın, sonra pasportlarınızı qaytaraq...

YAZININ DAVAMINI BURADA OXU

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG