Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

Azərbaycanda boşanma halları artıb


Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda boşanma hallarının sayı nikahdan çox olub.

Dövlət Statistika Komitəsindən «APA»a verilən məlumata görə, ilin əvvəlindən rəsmi orqanlar tərəfindən ölkədə 53 min nikah və 6,5 min boşanma halları qeydə alınıb.

2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 7,9-a qədər azalıb, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb.

Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG