Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:42

Saxarov mükafatının qalibi kim olacaq?



Avropa Parlamenti nüfuzlu Saxarov insan hüquqları mükafatının qalibini elan etməyə hazırlaşır.

Finalçıların siyahısında qalib adına üç namizəd iddialıdır. Onlardan biri "İsrailin "Qərb sahillərində, Şərqi Yerusəlimdə və Qəzzadakı ədalətsizliyini" bəyan edən İsrail QHT-sidir, digərləri 11 il yarım həbsxanada yatmış və Kuba rejiminə 23 aclıq aksiyası ilə etiraz etmiş Kuba dissidenti Guillermo Farinas və həbsdə olan Efiopiya müxalifətinin lideri Birtukan Mideksadır.

Mükafatın sahibi dekabrın 15-də Starsburqda keçiriləcək mərasimdə elan ediləcək. Mükafatın məbləği 50 min avrodur.

Avropa Parlamenti Sovet alimi və dissidenti Andrey Saxarovun adını daşıyan bu mükafatı 1988-ci ildə təsis edib.
XS
SM
MD
LG