Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:45

Yaponiya şirkəti Müdafiə Nazirliyini uddu




1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Yaponiyanın ən böyük şirkətlərindən olan “Pioneer” şirkətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın xəbərinə görə, məhkəmə şirkətin nazirliyə qarşı iddiasını təmin edib.


Şirkət nazirliyə qarşı borc iddiası ilə məhkəməyə müraciət edib. Məlumata əsasən, şirkətlə nazirlik arasında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, şirkət nazirliyi elektron vasitələrlə təmin etməyi öhdəsinə götürüb. Lakin iş başa çatandan sonra şirkət nazirliyin ona borcunu tam ödəmədiyini iddia edib. İddiada borcun 100 min manatdan çox olduğu bildirilir.
XS
SM
MD
LG