Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə göndərilib



Bu barədə APA-ya açıqlamasında Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli məlumat verib.
Onun sözlərinə görə, artıq Eynulla Fətullayevlə bağlı iş Ali Məhkəməyə daxil olub və prosessual qaydalar çərçivəsində həmin işə baxılacaq.

Ali Məhkəmənin Plenumunun hər 2-3 aydan bir keçirildiyini diqqətə çatdıran A. Məmmədli Eynulla Fətullayevlə bağlı işə prosessual qaydalar gözlənilməklə növbədənkənar Plenumda baxılacağını da istisna etməyib.

Avropa İnsan Haqları Məhkəməsi bir neçə gün əvvəl Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, E. Fətullayev azadlığa buraxılmalı, ona 28 min avro təzminat ödənməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG