Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:12

Bakıda III Beynəlxalq Bank Konfransı keçirilir



“Böhrandan sonrakı dövrdə maliyyə institutlarının təcrübə mübadiləsi vacibdir”. Bunu Azərbacan Beynəlxaq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bu gün başlayan MDB dövlətlərin III Bakı Beynəlxalq Bank Konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycanın bank sektorunda həll olunmalı problemlər də var ki, bu sahədə təcrübə mübadiləsi çox əhəmiyyətli olacaq.

APA xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədr müavini E.Novojilov öz çıxışında vurğulayıb ki, böhrandan sonrakı dövrdə iqtisadiyyatların modernləşdirilməsinin əhəmiyyətli olduğu aşkar olunub və bu sahədə bank sektoru aparıcı rol oynamalıdır. Bu sahədə əsas amillərdən biri kimi bankların kreditləşməsinin diversifikasiyasını qeyd edən E.Novojilov deyib ki, MDB çərçivəsində iqtisadiyyatların modernləşdirilməsi bütün səviyyələrdə müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG