Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52

Havel həbsdəki azərbaycanlı bloggerlərə öz kitablarını göndərib


Adnan Hacızadə və Emin Milli

Adnan Hacızadə və Emin Milli

Çexiyanın keçmiş prezidenti, məşhur yazıçı və ictimai xadim Vatslav Havel həbsdə olan Eynulla Fətullayev və bloqqerlər Adnan Hacızadə və Emin Milliyə öz “Olqaya məktublar” və “Bağda şənlik” kitablarını hədiyyə göndərib.

Havel kitabların üstünü şəxsən yazıb.

“Turan”ın məlumatına görə, bu ideya Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin vasitəçiliyi ilə həyata keçirilib.

Bir müddət əvvəl bloqqerlər və Fətullayev ömrünün bir hissəsini həbsdə keçirmiş, bir çoxları üçün həyat nümunəsi və dəstək olan Havelin kitablarını əldə etmək istəklərini bildirmişdilər.

Hədiyyə ilə bağlı Turana şərh verən vəkil İsaxan Aşurov bildirib ki, bu gün kitablar hər üç məhbusa təqdim edilib.

“Onlar mütəəssir oldular və cənab Havelə diqqətinə görə minnətdarlıqlarını çatdırmağı xahiş etdilər”, deyə vəkil qeyd edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG