Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Metroda əl yüklərinə gediş haqqı


Azərbaycan Nazirlər Kabineti oktyabrın 19-da “Bakı Metropolitenindən istifadə Qaydaları”nı təsdiqləyib. Qaydalara əsasən Bakı Metropoliteninə daxil olan sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.

Qaydalarda deyilir ki, daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır. Bundan başqa, hətta metrodan pulsuz istifadə etmək hüququ olan sərnişinlər də əl yükünə görə gediş haqqı ödəməlidir. Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin.

Qaydalara görə, 7 yaşınadək uşaqlara görə gediş haqqı ödənilmir. Sərnişinlər uşaq arabacıqları, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərti ilə xizəklər, kirşələr, uşaq velosipedləri, balıqçı tilovları, musiqi alətləri və kiçik bağ avadanlıqlarını da gediş haqqını ödəmədən apara bilərlər.

Bundan başqa, aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərti ilə kiçik ev heyvanlarını və quşlarını da metroda gediş haqqı ödəmədən aparmaq mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG