Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:52

Həbsdəki jurnalist və bloqqerlərə kitab hədiyyəsi


Çexiyanın keçmiş prezidenti, məşhur yazıçı və ictimai xadim Vatslav Qavel həbsdə olan Eynulla Fətullayev və bloqqerlər Adnan Hacızadə və Emin Milliyə öz “Olqaya məktublar” və “Bağda şənlik” kitablarını hədiyyə göndərib. Qavel kitabların üstünü şəxsən yazıb.

“Turan”ın məlumatına görə, bu ideya Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin vasitəçiliyi ilə həyata keçirilib. Bir müddət əvvəl bloqqerlər və Fətullayev ömrünün bir hissəsini həbsdə keçirmiş, bir çoxları üçün həyat nümunəsi və dəstək olan Qavelin kitablarını əldə etmək istəklərini bildirmişdilər.

Hədiyyə ilə bağlı Turana şərh verən vəkil İsaxan Aşurov bildirib ki, bu gün kitablar hər üç məhbusa təqdim edilib. “Onlar mütəəssir oldular və cənab Qavelə diqqətinə görə minnətdarlıqlarını çatdırmağı xahiş etdilər”, deyə vəkil qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG