Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14

Həmsədrlərin regiona səfəri gözlənilir


ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) noyabrın əvvəllərində yenidən regiona baş çəkəcəklər.

Bu barədə APA agentliyi xəbər verir.

Vasitəçilər regiona növbəti səfər zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə aid məsələləri müzakirə edəcəklər.

Həmsədrlər Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 10-da Strasburqda keçiriləcək sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək fikrindədilər.

Görüşdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq görməkdir.

Prezidentlərin görüşünün dekabrın 1-2-də ATƏT-in Astanada keçiriləcək sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG