Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:41

Böyük Britaniyada görünməmiş ixtisarlar gözlənilir


İkinci dünya müharibəsindən sonra Böyük Britaniyada dövlət xərclərinin görünməmiş ixtisarı gözlənilir.

Ölkənin maliyyə naziri Corc Osborn çərşənbə günü parlamentdə çıxış edərkən bildirib ki, 2015-ci ilədək dövlət xərclərinin 83 milyard funt sterlinq azaldılması nəzərdə tutulub.

4 illik planda həmçinin dövlət sektorunda 500 min iş yeri və bir sıra sosial təzminatların ixtisarı nəzərdə tutulub.

Son məlumata görə, hazırda Böyük Britaniyada büdcə kəsiri rekord həddə-20,7 milyard funt sterlinqə çatıb.
XS
SM
MD
LG