Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

Azərbaycan Xəzərdə yaşayış məntəqələri salacaq


Azərbaycanda Xəzərin bir hissəsinin mənimsənilməsi yolu ilə yeni yaşayış məntəqələrinin salınması ilə bağlı layihələr hazırlanıb.

Bu barədə APA agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanova istinadla xəbər verir.

O, bildirib ki, bu məqsədlə bir neçə variant nəzərdən keçirilir.

Bunlardan biri Bakı Bulvarının genişləndirilməsi ilə bağlıdır: «Bu varianta əsasən, dənizdə dirəklərin yerləşdirilməsi və bunun hesabına dənizin bir hissəsinin mənimsənilməsi nəzərdə tutulub.

Bu sahənin altından isə yeraltı keçidlər və tunellərin çəkilməsi nəzərdə tutulub».

Digər variantda Bakı buxtasına yaxın olan adaların körpülərlə bir-birinə birləşdirilməsi və burada istirahət zonalarının yaradılması nəzərdə tutulub.

Uçüncü variantda isə, Qaradağ rayonunda dəniz ərazisində 4 mikrorayondan və bütün infrastrukturdan ibarət yaşayış məntəqəsinin salınması nəzərdə tutulur.

Dövlətxan Dövlətxanov bu layihələrin hələlik konsepsiya şəklində olduğunu və onlardan hansının seçiləcəyinin il, ilyarımdan sonra sonra bilinəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG