Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43
«Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Eynulla Fətullayevi qanunsuz saxladığı üçün məhkəməyə verilib».

Bunu AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu bildirib. Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra jurnalistin həbsdə saxlanılması qanunazidd sayılması və onun dərhal azad olunması üçün vəkillər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər.

Şahvələd Çobanoğlu onu da dedi ki, onların aclıq aksiyasının əsas məqsədi Eynulla Fətullayevə dəstək verməkdir. Hələlik 3 jurnalist aksiyaya başlayıb. Şahvələd Çobanoğlu başqa həmkarlarının da onlara qoşulmaq istədiklərini deyir:

«Biz aclıq aksiyasını daimiliyini təmin eləmək üçün uyğun yer seçməliyik. Təkliflər var, amma hələ qərar verməmişik. Çünki aclıq aksiyası elədir ki, gəlib-gedən olacaq. Biz isə heç kəsin iş rejiminə maneçilik yaratmaq istəmirik».

Şahvələd Çobanoğlu deyir ki, Eynulla Fətullayevə dəstək verməklə onlar məhbus jurnalistin aclıq aksiyasının effektli olmasına və daha çox diqqət toplamasına yönəlib.

Avropa Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması ilə bağlı qərar verib. Məhbus jurnalistin vəkilləri qərarın icra olunması üçün Ali Məhkəmənin Plenumuna müraciət ediblər. Ali Məhkəmədən AzadlıqRadiosuna bildiriblər ki, Prezident Administrasiyasından qərarın onlara göndərilməsini gözləyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG