Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Seçkidə verilmiş 1,3 milyon səs ləğv edilib


Əfqanıstanın seçki komissiyası öən ay keçirilmiş parlament seçkilərində verilmiş səslərin milyondan çoxunu ləğv edib.

Qanun pozuntularıyla bağlı müraciətləri araşdırmış Müstəqil Seçki Komisiyasının rəhbəri Fazil Əhməd Mənəvi 5,6 milyon səsdən 1,3 milyonunun ləğv edildiyini deyir.

Əfqanıstanda parlament seçkiləri sentyabrın 18-də keçirilib.

Seçki Komissiyasına 4 minədək şikayət daxil olduğundan, yekun nəticələrin bir neçə həftədən sonra bəlli olacağı gözlənilir.

Parlamentin aşağı palatasındakı 249 yer uğrunda 2 500-dən çox namizəd mübarizə aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG