Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

«Fətullayevin azad olunmasını istəmirlər»


«Prezident Aparatı jurnalist Eynulla Fətullayevlə bağlı qərarı hələ də Ali Məhkəməyə göndərməyib».

Bunu Azadlıq radiosuna məhbus jurnalistin vəkili Elçin Sadıqov deyib. Onun sözlərinə görə, Ali Məhkəmənin Plenumu qərarla bağlı proseduranı yerinə yetirmək üçün Prezident Aparatı qərarı onlara göndərməlidir:

«Bu onu göstərir ki, Prezident Administrasiyası Eynulla Fətullayevin azadlığa buraxılmasında maraqlı deyil».

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov «Mediaforum» saytına müsahibəsində məhbus jurnalistlə bağlı Avropa Məhkəməsinin verdiyi qərarın siyasi məsələ hesab eləmədiyini və bunun hüquqi müstəvidə həll olunmasının tərəfdarı olduğunu bildirib.

Avropa Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını və ona 28 min avro təzminat ödənilməsi ilə bağlı qərar verib. Azərbaycan hökumətinin qərardan Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayəti də rədd olunub, əvvəlki qərar qüvvəsində saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG