Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:31

Beynəlxalq İnşaat Sərgisi başlayır


Oktyabrın 20-də «Bakı Expo Mərkəzi»ndə XVI Azərbaycan Beynəlxalq İnşaat Sərgisi («BakuBuild-2010») işə başlayır.

Sərgi təşkilatçıları mətbuat konfransında bildirib ki, sərgidə 25 ölkədən 260 şirkət iştirak edəcək. Bura Azərbaycan, Yunanıstan, Polşa, Rusiya, Türkiyə, İran, Ukrayna və s. aiddir. İlk dəfə olaraq sərgiyə Portuqaliya və Latviya şirkətləri də qatılacaq. Oktyabrın 20-23-də keçiriləcək sərgiyə 10 mindən artıq ziyarətçinin gəlməsi gözlənilir.

«BakuBuild-2010» sərgisində müxtəlif çeşiddə çoxsaylı inşaat, bəzək materialları və texnologiyaları nümayiş etdiriləcək. Bura tikinti materialları, bəzək, üzlük materialları, istehsal avadanlıqları, müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış texnika, kimyəvi inşaat məhsulları daxildir. Açıq meydançada Almaniya, Türkiyə, Koreya, Böyük Britaniya, Rusiya, İtaliya və digər ölkələrin inşaat texnikası və avadanlıqları nümayiş olunacaq.

«BakuBuild-2010» sərgisi ilə birlikdə VIII Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də (Caspian MebelExpo) keçiriləcək. Burda mebel məhsullarının geniş çeşidi, o cümlədən mebel istehsalı üçün istifadə olunan materiallar, texnologiyalar və s. nümayiş etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG