Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

Ali Məhkəmənin Plenumu məscidlə bağli şikayəti təmin etdi


Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinin Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyinə keçməsi üçün Ali Məhkəmənin Plenumuna verilmiş kassasiya şikayəti təmin olunub. Bunu “Media forum” saytına Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Ali Məhkəmə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin “Fatimeyi-Zəhra” məscidinin sökülməsi haqda qərarının ləğv olunması və dini ibadət yerinin Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyinə keçməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.

R.Dadaşova bildirib ki, məhkəmə işə baxandan və “Fatimeyi-Zəhra” məscidi ilə bağlı hüquqi prosedurlar başa çatandan sonra məscidə rəhbər təyin olunacaq: “Məscidin tikintisinin başa çatdırılması müvafiq icra orqanlarına tapşırılıb. Tikinti başa çatandan sonra ora rəhbər təyin olunacaq və məscid dindarların ixtiyarına veriləcək”.

“Fatmeyi-Zəhra” məscidi dini icmasının rəhbəri Tofiq Rəsizadə “Media forum”a deyib ki, birinci instansiya məhkəməsi 2 ay ərzində məsələyə baxacaq.

Tikintisi 1990-cı illərin sonunda yarımçıq qalmış “Fatimeyi-Zəhra” məscidinin sökülməsi qərarını 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında verib, apellyasiya instansiyası və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb. Ancaq qərar icra olunmayıb. 2010-cu ilin may ayında prezident İlham Əliyev məscidin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsini tapşırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG