Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Böyük Britaniyanın naziri Azərbaycana gəlib


Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana rəsmi səfəri başlayıb.

Bu barədə «APA»ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Naziri iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir. Oktyabrın 22-dək davam edəcək səfər zamanı britaniyalı nazir Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, xarici işlər, iqtisadi inkişaf, nəqliyyat nazirləri, Azərbaycanın tanınmış iş adamları ilə görüşəcək.

Səfərin məqsədi ikitərəfli əlaqələrin gücləndirilməsi, birgə fəaliyyət imkanlarının öyrənilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG