Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:33

Fransada tətillər davam edir


Fransada milyondan artıq adam pensiya islahatları əleyhinə aksiyalarda iştirak edib.

Bu,son bir ayda Fransada keçirilən altıncı kütləvi aksiyadır. Bir sıra şəhərlərdə, o cümlədən paytaxt Parisdə nümayişçilərlə polis arasında toqquşma olub.

Ölkə boyu tətillər davam edir. Neft emalı zavodları işi dayandırdığına görə, yanacaq doldurma məntəqələrinin 1/3-də benzin çatışmır.

Oktyabrın 19-da Fransa prezidenti Nikolya Sarkozi bəyan edib ki, o, pensiya islahatlarından imtina etmək niyyətində deyil.

Yeni qanun layihəsi pensiya yaşının 60-dan 62-ə artırılmasını nəzərdə tutur, aşağı palatada təsdiqlənən layihəyə yaxın vaxtlarda Senatda baxılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG