Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Oktyabrın 20-si Ümumdünya Statistika Günü elan edilib


BMT Baş Assambleyasının qətnaməsi ilə bu il oktyabrın 20-si Ümumdünya Statistika Günü elan edilib və onun «Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi» mövzusu üzrə keçirilməsi qərara alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən «APA-ya verilən məlumata görə, BMT-nin baş katibi Pan Ki Mun dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş edib ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər.

Son məlumata görə, 100-dən çox ölkədə, həmçinin BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcək.

“Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2010-cu ildə Azərbaycanda statistikanın təşkilindən 164 il keçir və rəsmi statistikanın 90 yaşı tamam olur.

1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub”, - deyə Dövlət Statistika Komitəsindən bildirilib.

Hazırda Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG