Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

Britaniya məhkəməsi Səudiyyə şahzadəsini qətldə günahkar bilib


Səudiyyə Ərəbistanın şahzadəsi Londonda pz xidmətçisinin qətlində günahkar bilinib. Britaniya məhkəməsi Şahzadə Səud Əbdüləziz bin Nasser əs Saudu öz xidmətçisi Bəndar Əbdüləzizi Landmark mehmanxanasında fevralın 15-də qətlə yetirdiyi qərarını verib.

34 yaşlı Şahzadə Saəduiyyə Kralı Abdullanın qardaşı oğludur. İttiham tərəfi Şahzadənin ömürlük həbsini istəyir. Prokuror Conatan Leydlou deyib ki, şahzadə əvvəllər də öz xiodmətçisinə qarşı zorakılıq tətbiq edib, onu döyüb və sexual xarakterli hərəkətlərə yol veribmiş. Şahzadə ittihamları öncə rədd eləsə də, sonradan onun otel odasında xidmtçini döyməsi videoları yayılmışdı. Hakim şahzadənin cəzasını oktyabrın 20-də açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG