Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:23

Almaniya prezidenti Türkiyəyə səfərində mühacirələrin problemlərini müzakirə edir


Türkiyə prezidenti Abdulla Gül Alman siyasətçilərini mühacirlərlə bağlı məsələrdən siyasi mənfəət üçün istifadə etməməyə, əksinə, türklərə daha yaxşı inteqrasiya üçün yardım etməyə çağırıb.

Gül Türkiyəyə səfərə gələn Almaniya prezidenti Kristian Vulffla keçirdiyi mətbuat konfransında belə deyib.

Həm Türkiyə, həm də Almaniya prezidentləri almaniyadakı türklərin alman dilini pöyrənməli olduqlarını və inteqrasiya etmələrinin vacibliyini vurğulayıb.

Almaniyaya 1960-cı illərdən köç etməyə başlayan türklərin bir çoxu hələ də alman dilini yaxşı bilmir və alman cəmiyyətinə integrasiya olmaqda çətinlik çəkirlər.
XS
SM
MD
LG